Yazı gəlib çatdı gözəl Türbəyə,
Hər yazıda giley də var sevgidən.
Elçiçəyin quru gülü içində,
Hər yazıda giley də var sevgidən.

Yazı gəlib çatdı gözəl Türbəyə,
Göz yaşları döndü gözdə sürməyə,
Damcıları düyün düyün düyməyə,
Hər yazıda giley də var sevgidən.

Gül iyindən keçdi qızın ürəyi,
Qatlaq qaldı qanadının lələyi,
Qanad açdı ilk sevginin çiçəyi,
Hər yazıda giley də var sevgidən.

Sağalt gəldi, yazısını oxudu,
Çox sözləri lap özündən toxudu,
Qızda ona inanc- inam çox idi,
Hər yazıda giley də var sevgidən.
Sağalt baxdı, əl ayağa düşdü o,
Bu yazını görüb sanki çaşdı o,
Yalan-yalan ora, bura qaçdı o,
Hər yazıda giley də var sevgidən.

Yazı ilə gözlərini sildilər,
Öpüşdülər, sayıqlama güldülər,
Gülüşmədən dirildilər, öldülər,
Gələn yazı sevincini böldülər,
Hər yazıda giley də var sevgidən.

Beş gün, on gün, danışdılar güldülər
Bu sevgini şaha yaxın bildilər,
Aradakı incikliyi sildilər,
Hər yazıda giley də var sevgidən.

Qız yazısı gedib çatdı oğlana,
Son qoyuldu bunla olan qalana,
Deyilənlər çıxdı heçə, yalana,
Hər yazıda giley də var sevgidən.


Oğlan gilə getdi çıxdı Elçiçək,
Düşərliyi bilən yarı tanrıdır.
Sağalt ana sevən qızı sağaltdı,
Düşərliyi bilən yarı Tanrıdır.

Sağlamlığı güdən yarı tanrıdır,
Sağaldan var, ayaq üstə qoyan var,
Sağaldan da qaldıran da Tanrıdır,
Düşərliyi bilən yarı Tanrıdır.

Dağlar idi adı sevən oğlanın,
Qarşıladı gülər üzlə ananı,
Bom-boş idi içi böyük komanın,
Qara olsun üzü pisin, yamanın
Sağaldan var, ayaq üstə qoyan var,
Sağaldan da qaldıran da Tanrıdır.

Dedi: – Niyə tutulubsan sən nədən,
Sənə sorağ gətirmişəm Türbədən,
Yazı yazmaq öyrətmişəm ona mən,
Yazı qopur hər adamın əlindən
Sağaldan var, ayaq üstə qoyan var,
Sağaldan da qaldıran da Tanrıdır.

Bu yazını sənə Türbə göndərib,
O baş evi gül evinə döndərib,
O yazıyla dağı daşı dindirb,
Düşərliyi bilən yarı Tanrıdır.
Sağlamlığı güdən yarı Tanrıdır.

Qurugülün iyi basdı komani,
Yırtdı onun gözlərində dumanı,
O unutdu çox olanı, yalanı,
Düşərliyi bilən yarı Tanrıdır.

Sağlamlığı güdən yarı Tanrıdır.
Qaçdı öpdü əmi oğlu yazını,
Yazı qırdı ürəyinin buzunu,
O yazıda gördü əmi qızını,
Düşərliyi bilən yarı Tanrıdır.
Sağlamlığı güdən yarı Tanrıdır.
Sağaldan var, ayaq üstə qoyan var,
Sağaldan da qaldıran da Tanrıdır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq