“Əmi oğlu, könlüm, gözüm, işığı,
Yaranışın ilk Tanrısı sevgidir.
Mən sevginin tutuğuyam on ildir,
Yaranışın ilk Tanrısı sevgidir.

Mən on ildir gözləyirəm, düz on il,
Dustaqdayam, baş evdə yox, elə bil,
Mən düşərlik içindəyəm son beş il,
Düşərliyi bilən yarı Tanrıdır.
Yaranışın ilk Tanrısı sevgidir.
Biz sevirik, sən oğlansan, mən qızam,
Bu sevgidə sən dənizsən, mən duzam,
İkilikdə sən payızsan, mən yazam,
Kimdir, görən, sevgilərdən çox yazan,
Dil açmamış sevgiləri pis yozan,
Yaranışın ilk Tanrısı sevgidir.

Bu yaranış Tanrı evi, biz qonaq,
Gedək Tanrı evimizə biz qonaq,
Harda gül var, sevgi gülü, biz qucaq,
Soy kökümüz birdir, bir od, bir ocaq,
Gül, istəsən göyə qalxaq, quşlaşaq,
Buludların üzərində biz uçaq,
Yaranışın ilk Tanrısı sevgidir.

Əmi oğlu, gözləyirəm yazını,
Gözləyirəm sevgilimin özünü,
Gözü yolda qoyma əmi qızını,
Yaranışın ilk Tanrısı sevgidir.
Yazan qoşan əmi qızı dağlardır.
“Yazan-qoşan əmi qızı çağlardır”.


Sağalt ana – Elçiçəyin yazısı,
Yazı qalır yazanları yaşadır.
Qurugülün iyi əsdi baş evdə,
Yazı qalır, yazanları yaşadır.

Gah komaya, gah Baş evə getdi o,
Yazı olub ilk sevgidə bitdi o,
Gah da qırx gün yurda gedib itdi o,
Yazı qalır, yazanları yaşadır.

Şah gördü ki, qız sağalıb büs-bütün,
Bağça-bağa çıxır gəzir o hər gün,
Nə sözündə, nə alnında bir düyün,
Yazı qalır, yazanları yaşadır.

Hər aydan bir susqun, gizli, dalbadal,
Döydü sevgi qapısını yazılar,
Çiçək açdı ürəklərdə arzular,
Yazı qalır, yazanları yaşadır.

Sağalt ana yazı oldu ellərə,
Bu yazılar gəzdi, düşdü dillərə,
Onlar uçub çatdı uzaq illərə,
Yazı qalır, yazanları yaşadır.

Sorağ gəldi doğdu sənin gəlinin,
O uzatdı Tanrı yönə əlini,
Yaşat dedi: – Tanrım, o dağ gülünü,
Yazı qalır, yazanları yaşadır.


Şaha dedi sağalt ana Elçiçək:
– Hər düşərin dərmanı var, tapılsa.
Qardaşınla barış, qıza toy elə,
Hər düşərin dərmanı var, tapılsa.

Bir gün bağda görüşdülər qız, oğlan,
Bayıldılar, yıxıldılar, yanbayan,
Bu sevgidir, ya düşərlik, Yaradan,
Gəlsin, görsün, sağalt ana, harada,
Yazı dönüb sevgi olub burada,
Yazı yazan getdi, çıxıb aradan,
Hər düşərin dərmanı var, tapılsa.

Yetmələri belə görüb qardaşlar,
Əl çəkdilər gizli, yersiz savaşdan,
Sona çatdı aradakı tutaşlar,
Hər düşərin dərmanı var, tapılsa.

Oyatdılar bayqın qalan “Dağları”,
Bürüdülər zərxaraya “Çağları”,
Bayqın qaldı bu sevgiyə çoxları,
Hər düşərin dərmanı var, tapılsa.
Şah soruşdu: – Yazıları kim yazıb,
Bu sevgidə oğlan azıb, qız azıb,

Bu Baş evi xoşagəlim iy basıb,
Hər düşərin dərmanı var, tapılsa.

Qız oğlanla bilmir yazı işini,
Kim veribdir irəliyə döşünü,
Yazı yazıb, belə işi düşünüb,
Yazı yazıb qoşa- qoşa, beşini,
Hər düşərin dərmanı var, tapılsa.

Biri dedi: – Göydən düşən yazıdır,
Yazı deyil, bu, yuxudur, yozudur,
Bu, göylərdən qopub gələn düzüdür,
Bu düzülər olanmazın özüdür,
Bu. Tanrının görünməyən üzüdür,
Sağalt ana- Elçiçəyin sözüdür,
O qız bizim Turq atanın qızıdır,
Hər düşərin dərmanı var, tapılsa.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq