II
Məktəbin uzun dəhlizi oğlan-qızla dolmuşdu. Onlardan kimisi qolqola gəzir, kimisi yığışılıb söhbət edir, kimisi onillik məktəbi qurtarmaq vəsiqəsini öz yoldaşına göstərib öyünür, bəzisi də başını aşağı salıb kəsir içində olduğu üçün məktəbdən bikefcə çıxırdı. Bir dəstə tələbə qapı ağzında dayanıb Mehmanın çıxacağını səbirsizliklə gözləyirdi. Onlardan bir çoxu hörmət, bəzisi də qibtə hissi ilə Mehmanın vəsiqəsinə baxmaq istəyirdi. Bunun üçün də hərə bir cür danışır, bir fikir söyləyirdi:
– Ali məktəbi də görək, bizim mülayim Mehman, belə əla qiymətlə qurtaracaqmı?
– Sən baxma, – deyə Mehmanın rəqiblərindən biri etiraz edirdi. – Ali məktəbdə müəllimlərin gözünə girmək olmaz. Orada möhkəm bilik, polad kimi mətin əsas gərəkdir!
– Məgər Mehmanın biliyi yoxdurmu?
– Bəyəm nə oldu, bircə kərə bir dərsdən də axsamadı, hər tərəfdən onun işi əla gətirdi?!
– Zalım oğlunun baxtı var baxtı! – deyə bir başqası partladı. – Hamı onu sevir, amma məni görəndə elə bil ki, yerdən bir daş götürüb pəncərələrinə çırpmışam!..
– Mehman öz zəhməti, səyi və çalışqanlığı nəticəsində həmişə əlaçı olmuşdur, – deyə ucaboylu gənc oğlan israrla cavab verdi. – Misal var ki, piyada atlıya gülməsə, bağrı çatlar!..
– Belə görünür ki, biz pay-piyada olmuşuq, hə?
– Bəli, çalışmayan, dərslərə ciddi fikir verməyən lap piyada qalır!
Tədris hissə müdirinin otağı qarşısında dayanan uşaqlar bu qayda ilə bayaqdan dəriyə danışmış, lakin indi bir az sakitləşmiş, hamısı da gözünü qapıya zilləmişdi. Müəllimə Mehmanı dəhlizə ötürərək qapını çəkib yavaşca örtdü. “Bəlkə ona bir ali məktəbi tövsiyə etmək lazım idi? Nə üçün mən – hansı sənəti xoşlayırsan onu da seç – dedim?.. Məgər, sənətin özünün adamın gələcək taleyində əhəmiyyəti azdırmı?” Məlikə xanım, uzun bir müddət üçün balasından qoparılan mehriban və müztərib ana kimi ovuna bilmədi.
Yoldaşları Mehmanı dövrəyə alıb vəsiqəsini ona güclə açdırdılar. Bir kənarda üç qızla gəzinən ucaboylu, dolu əndamlı, sıx, qara saçlı Züleyxa yoldaşlarının qolundan yapışıb çəkə-çəkə onları da buraya gətirdi.
– Görək vəsiqənizi? – deyə Züleyxa qızara-qızara başını Mehmanın vəsiqəsinə tərəf uzatdı.
– Elə bir şey deyil, – deyə Mehman zərli şəhadətnaməsini qatlamağa, baxan gözlərdən gizlətməyə çalışdı.
– Yemirik ki, Mehman qağa, görək necə qurtarıbsınız? – deyə Züleyxa əlini uzadıb vəsiqəsini aldı. Qızlar hamısı boylanıb şəhadətnaməyə baxmağa başladılar:
– Uyyy, hamısıca, əlaaa, qızzz!!.
Burada olan oğlanlar qızardılar, Mehman özü də yamanca pərt oldu.
– Sağ olsun Mehman qağa! – deyə Züleyxa şəhadətnaməni ona qaytardı, – var olsun!..
Mehman pörtdüyündən, daha bir söz demədi, vəsiqəni gizlətməyə çalışdı.
Dəhliz boyu səs yayıldı. Uşaqlar bir ucdan buraya gəlməyə başladılar. Mehman birtəhər tələm-tələsik aradan çıxdı. Onuncuya keçən qızlar yenə də gəzinməyə, şaqqıldayıb gülməyə, sonra da söhbətə başlayıb:
– Ay qız Züleyxa, görəsən Mehman nə olacaq? – deyə ona söz atdılar.
– Mənciyəz doktor olacağam, – deyə Züleyxa ağızucu cavab verdi.
– O nə olacaq olsun, mənə nə?..
– Niyə sənə nə, ay qız?.. Dörd dəftər qoşma qoşandan sonra, sənə nə?.. İndidən sözündən dönəcəksən?.. Onu da özünlə çək dokturluğa!
– Doktor da yəni bir şeydir?.. Həmişə baxırsan inilti, ah-uf! Həmişə azarlılarla əlləş!..
– Hamısından yaxşı mühəndislikdir, – deyə ayrı bir qız dilləndi.
– Əsrimizin nəbzi texnikadır. Min ilin türkə-çarasından başlayıb gələn aciz təbabətdən nə olsun?.. Ölən ölür, qalan qalır, dəyirman bildiyin eləyir, çax-çux başın ağrıdır!..
– Mühəndislik üçün gərək riyaziyyatdan başın çıxsın, – deyə bir başqası yırğalandı. – Sən də ki, cəbrə gələndə, doğrudan da, böyük bir cəbrə düşürsən!..
– Ona baxma, bu yayı anam müəllim tutacaq, hazırlaşacağam, imtahanın qıl körpüsündən nəzirsiz-niyazsız oynaya-oynaya keçəcəyəm!..
O biri yanda dayanan yastı bir qız dilləndi:
– Mühəndis də bir şeydir, ay qız? – O, yanıxa-yanıxa başını buladı.
– Həmişə mazutda, həmişə dəmirdə, həmişə tozda-torpaqda, qumda-əhəngdə!.. Gedirsən onlar işləyən yerə, baş açmırsan ki, fəhləsi kimdir, mühəndisi kim? Mən bu gül kimi tərtəmiz müəllimdən olacağam. Gündə dörd-beş saat ayaq üstə dərsini de, üç ay yayı da get, kefin istəyən yaylaqlarda dincəl, canına qulluq elə!
Qızlardan üçüncü birisi etiraz edib:
– Pah, tapdın, – dedi, – çənə-boğaz müəllim. Adamın çənəsi yuxuda da durmaz ki, hey dörd divar arasında səs-küy içində, az qala adamın beyni partlayır!..
– Bəs onda sən nə olacaqsan?, ay qız?
– Mən artistka olacağam!.. İndi məktəbin səhnəsinə çıxıram, bu üzümüzə gələn il də dramanın studiyasına yazılacağam... Qoy salondan səhnəyə sarı o qədər əl vursunlar ki, o qədər əl vursunlar ki!
– Allah özü saxlasın, sənin o ənlik-kirşanını! Gündə özgənin saçını keçir başına, gündə toy qurub ərə get! Nə var, nə var mən də bu dünyada özümə sənət tapmışam?.. Bir dəfə anamın yanında bu barədə söhbət açıldı, az qala arvad durub evi başımıza uçurmuşdu... Dediyimə də peşman oldum!
– Ay qız, hələ onuncunu qurtarmağa çox var, – deyə şuxluq edən başqa bir qız söz atdı, – mühəndislik də, doktorluq da, lap səhnə sənətkarlığının özü də bizim üçün çox-çox gərəklidir!.. Ancaq hələ bir sizləri görək!.. Görək hələ kim svidaniyadan, yəni görüş məntəqəsindən sağ-salamat qayıdacaq, kim qayıtmayıb oradan o yana birbaşa ərə gedəcək?..
– Məsələn, kim görüş məntəqəsindən qayıtmayacaq, qız?
Hamı dönüb Züleyxanın üzünə baxdı:
– “Qurbanın ollam, ay qız! Mehmanın ollam, ay balam!”
– Onda bəs niyə radioda oxumursan, ay qız?
– Elə hazırlaşıram ki, “Mehman və Züleyxa” havasını radiodan bütün dünyaya oxuyam!..
– Ay qız, əskik-əskik danışmayın, Allah ətinizi töksün, – deyə Züleyxa öz rəfiqələrini çəkib onu dövrəyə alan qızların əhatəsindən çıxdı.
Qızlar bir də zarafata girişib Züleyxa tərəfə söz yağdırmağa başladılar:
– Daha Mehman gəlməyəcək!
– Bir də Mehman görünməyəcək!
– Ay qız, Züleyxa özüdür. Mehman üçün oxuyan, yoxsa Mehman yatsa da yuxusuna bu Züleyxa girməz!..
– Bəs bu arada quş kimi qanad çalan məktublar?
– Heç bir məktubdan bir xəbər varmı?.. Kağızlar hey bir ucdan “Züleyxadan – Mehmana” qanad çala-çala gedir, ancaq heç bilmirsən hansı hara düşür?..
Züleyxa o yandan bəriyə qızların üstünə çımxırdı.
– Heç kəs heçcə bir kəsin işinə qarışmasın!.. Yoxsa siz bu sözü saqqız kimi çeynəməkdən böyük bir həzz alırsınız?
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rehimov-mehman-ii
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Züleyxa “qızıl saat” əhavalatını açıb anasına söylədi. Bir neçə gün sonra o, anasının məsləhət və təkidilə saatı çıxarıb qoluna bağladı və işdən qayıdan Mehmana göstərib:– Neçəyə dəyər? – dedi.
XXXIIÖz vaxtında prokurorluğa gələn Mehman, cari kağızlarla məşğul olub onların icrası üçün qanuni istiqamət verdi, sonra onu, çox narahat edən Balış məsələsi düşündürdü. Bakıda hüquq fakültəsində oxuyarkən istehsalat təcrübəsi zamanı “Səriyyə məhkəməsi”nin materialları ilə necə tanış olduğunu təsəvvürünə gətirib xatırladı. Səriyyənin qətlinə dair respublika qəzetlərində çap edilən ictimai etirazları necə tədqiq etdiyini, özü üçün konspektlər tərtib etdiyini, necə qəzəbləndiyini yaşadı, sanki onun qəzəb və nifrəti, qatillərə qarşı qətiyyəti qat-qat gücləndi. Mehman birdən stolun arxasından dik ayağa durdu, kitab mərtəbəciyinə yanaşdı, buradan bir kitabça çəkdi, vərəqlədi, buradakı “Səriyyənin ölümü” şerini diqqətlə, kərratla oxudu.“Mən görmədim, söyləyirlər bir gecənin sonunda
XXXIIIMurtuzovun arvadı Yavər mətbəxdə xörək hazırlayır, Şəhla xanım bir amir kimi ona göstəriş verirdi. İztirabları az-çox ötüb keçmiş Züleyxa isə ayna qabağında dayanıb saçlarını xüsusi bir aludəçiliklə qaydaya salır, özünə sığal verirdi.Bayaqdan bəri qapıda girlənən Qaloşlu adam özünü içəriyə saldı. Züleyxa səksənib çevrildi:
XXXIVYavər Murtuzova qazanları qaydaya salandan sonra əlini döşlüyünə silə-silə mətbəxdən eyvana çıxdı. Bu son söhbət zamanı Züleyxa ilə açılışan Qaloşlu adam Yavəri görmüş, Məmmədxanın işi barəsində onu qızışdırıb Züleyxa ilə Şəhla xanımın üstünə yönəltmişdi.– Qız, qırsaqqız olub yapışarsan yaxalarından – deyə Qaloşlu adam sözünün axırında təkidlə ona tapşırmışdı. – Lap qırsaqqız!.. quyruğu qapı arasında qalmış kimi hey çapalayıb vurnuxacaqlar!..
Başqa şairlərin şeirləri
Qəza surətgərin gəl gör nə xoş çəkmiş bu tuğranı,Yazub dibaceyi-hüsnündə: haza Yusifi-sani
Axır çərşənbə duasıİlahi, səni and verirux sədrinin sədaqətinə, kərə yağının kəramətinə, cəmi Əli şiəsin axirçərşənbə gecəsi halvanın qəbrinə zəvvar elə! İlahi, səni and verirux plovun zülfi-pərişanına, sən bizim əlimizi xuruşun damənindən kəm və kutah eləmə. Ya Qəffar, xudaya--xudavənda, səni and verirux püstənin dəhanitənginə, xurmanın rənginə, biz əhli-Şəbüstəri mübarək yeddi lövünün şəfaətindən məhrum və binəsib eləmə. İlahi, səni and verirux abduq ilə qəndabın pilov dövrəsinin ətrafında çəkdiyi zəhmətə, o gecə bizim övrətə bir huş və baş kəramət elə, yağ-düyünü xərab edib, ovqatımı təlx etməsin, uşağı ağlaya-ağlaya qoyub, qonşuya çubuq çəkməyə getməsin.Ey axırçərşənbə gecəsi yatıb, səhər tezdən quşlar ziyarətinə gedən xanımlar, "Amin" deyin! Ey çehil-yasin suyu kimi gəndov suyunu istemal edib, məraminə nail olanlar, ucadan "amin" deyin. Xudaya-pərvərdigara, səni and verirux küçələrimizin zığına, hamamlarımızın kəsafətinə, cavanlarımızın bığına, sən bu yalançı müsəlmanların imanını kamil elə. Ey on tümənə yüz tümən müamilə alanlar, ey evini, bağını girov qoyanlar, "Amin" deyin!
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
TapmacaSaqqalı uzun, guşi pühən, naqədəhandır,Alnı iki barmaq, gözü dar, boynu gərəndir,