Səhifə 3 / 3 · 67%

– Daşan tökülər, – deyə Vahidov səsini, öz yan-yörəsini cırmaqlayan Kamilovun üstünə qaldırdı. – Özün bir iş görmədən başqalarının zəhmətini lax bir yumurtaya çevirib divara çırpmaq kifayətdir, Kamilov! Don-Kixot kimi yel dəyirmanı ilə buynuzlaşmaq olmaz!

– Sözün doğrusunu demək buynuzlaşmaqsa mən bilmirəm, yoldaş Mərdan?..

– “Sözün doğrusunu deməklə” ancaq öz nüfuzunu saxlamaq üçün daim başqalarına qara yaxıb onları borclu çıxarmaq, diligödək, gözükölgəli etmək heç də yaramaz!..

– Daşan tökülər! – deyə Vahidov gəzindi. – Dolan mütləq tökülər!..

– Sözün doğrusunu demək buynuzlaşmaqdansa, daşmaqsa, dolmaqsa...

– Özü də yeniliyin qabağını almaq, onu ikiəlli boğmaq deməkdir!

– Onda biz əldən düşüb geriyə qalmışıq ki!.. Ona-buna qara yaxıb özümüz özümüzü qalaylayıb parıldadırmışıq ki?!

– Çünki fikir köhnəlib, baş dayanıb, mənəvi bir çürüntü beyindən başlayıbdır!

– Baş, çürüntü, ya yel dəyirmanı deyir ki, yoldaş Mərdan, sən dünən yumurtadan çıxan cücəni mənim başıma çıxarma, mən ağırlıqda dağı da büdrəyən bir yabı belinə qaldırıb gəzdir, onu-bunu maşına mindirib yelləndir?

– Sizdən maşın əsirgəyən olmamışdır, Kamilov!

– Mənim maşınım köhnəlib dayanandan bəri, bu barədə heç mənə bir kəlmə də deyən olmamışdır!

– Dolan tökülər! – Vahidov otaq boyu var-gəl edir, onun qəti addımlarının səsi eşidilirdi. – Daşan tökülər!..

– Mənə hədə-hərbə gəlməyin, yoldaş Vahidov, mən nə daşmamışam, nə də tökülməmişəm! Mən polislərə, jandarmlara yumruq-yumruğa döyüşən bir adamam!

– Sizin tərcümeyi-halınızı oxumuşuq! – Bəs siz niyə belə bir hörmətli adamı “yel dəyirmanı” tozanağına basırsınız, Mərdan?

– “Qudurmuş əyana” öz yerini göstərmək gərəkdir! – deyə Vahidovun gözləri küncə tərəf zilləndi. – Əsl öz yerini!

– Mən nə sən deyən, nə də əyan deyiləm, Mərdan!

– Siz indi daha dəhşətli pozulmuşsunuz! Siz indi qızınız yaşda Zərrintacla toy büsatı qurub neçə il hələ bundan qabaq öz ailənizi uçurub dağıtmışsınız!..

– Axı bunun buraya nə dəxli?

– Mən bir partiya komitəsi katibi kimi, sizi intizama çağırıram!

Kamilov qara şirli qalstukunu çıxarıb bir papiros götürdü, giliz tərəfini üstü şəkilli qutusunun qapağına döyüb, sonra damağına aldı və Mehmana tərəf çevrildi:

– Siz araya girməyin, bala! – deyə o, papirosunun tüstüsünü səqfə doğru üfürdü. – Siz bilirsinizmi, heç bir zaman “fili cələyə salmaq olmaz”.

Vahidov Kamilova tərəf əlini yelləyib:

– Dəvə oynayanda qar yağar, – dedi. – Fil cələyə düşməsə də!

Bu misallar Kamilovu karıxdırdı. Vahidov mühazirə mövzularını araşdırdı, nəhayət, onun mənəviyyatı haqqında məruzə etməyin vacib olduğunu irəli sürdü.

– Yoldaş Mehman belə məruzəni etməyə necə baxır?

– On beş gündən sonra mən bu məruzəni etməyə söz verirəm, yoldaş Vahidov!

Komsomol komitəsinin katibi Əhmədov ayağa durub:

– Mən xahiş edirəm ki, yoldaş Mehman bu məruzəni üç gündən sonra etsin!

– Belə təcili məruzəni mən bacarmaram, yoldaş Əhmədov!

– Gördünüzmü, yoldaş Vahidov, iş nağda gələndə, necə də bu gün-sabaha düşür?..

– On altıncı gün olsun, – deyə Vahidov qət etdi. – Ancaq məruzə yüksək keyfiyyətdə olsun... Mən burada yeni sovet adamını deyəndə, birinci növbədə bizim gəncliyi nəzərdə tuturam. Burada, bir mühazirəçi kimi, tərbiyə, əxlaq haqqında müfəssəl danışmağınızı xahiş edirəm!

– Mən bu kluba beş yüzdən yuxarı komsomol toplayacağıma söz verirəm, – deyə Əhmədov vəd etdi.

Vahidov:

– Yalnız komsomolçuları yox, bitərəf gəncləri də, – dedi. – Komsomol bizim gəncliyin qabaqcıl dəstəsidir!.. Qabaqcıl dəstə isə heç zaman kütləni unuda bilməz!

– Çox doğru sözdür, bitərəf gəncləri də cəlb edirik, kəndlərdən, kolxozlardan çağırarıq, çoxlu-çoxlu!

Kamilov qəzəbdənmi, ya boğulduğundanmı dinmədi. Əhmədov ayağa durub getmək üçün Vahidovdan icazə aldı, otaqdan çıxıb getdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

XX

Altay atlanıb kəndə, komsomol özək katiblərinin kəndarası müşavirəsinə getdikdən sonra, Mehman evinə dəymədən prokurorluğa getdi. O, rayon həbsxanasında istintaq altında yatan məhbusların işlərini bir daha diqqətlə nəzərdən keçirməyə başladı. Demək olar ki, o çox gec, bütün şəhər yatdığı zaman evinə döndü...Mehman arvadı Züleyxanı öz yerində qurcalanan, anası Xatunu maşınka yanında çay qızdıran gördü. Gündüzkü əhvalatdan onların heç birisi söz açmadı. Çox gec yerinə girən, nisbətən çox az yatan Mehman yenə də erkən yerindən qalxdı. Züleyxa da cəld yatağından durdu. Dan sökülənə yaxın gözünə çimir gələn Xatun nənəni oyatmadan əri üçün çay-çörək hazırladı, onu yola saldı. Mehman bu gün də dünən axşamdan başladığı işlərlə məşğul oldu. İşin axırına yaxın kabinetindən çıxdı, Murtuzovun otaqcığına baş saldı, Qaloşlu adam müstəntiqin qoltuğunu doldurub icraiyyə komitəsinə yollandığını söylədi. Mehman onu yaxalamaq istəyən Qaloşlu adamı geridə buraxıb islah evinə doğru addımladı. Qaloşlu adam geridən mırıldandı.

194418 dəq
XXII

Bütün gecəni dağ-daş arası, at belində yol gələn Mehman gündüz gün yağlananda rayon mərkəzinə çatdı. Prokurorun gəldiyini görən Qaloşlu adam özünü qapıya cəld yetirib Mehmanın atının cilovundan bərk-bərk yapışdı, başını qaldırıb altdan yuxarı onun üzünə irişdi:– Xoş gəlmisən, qadan alım, səfa gəlmisən!.. Bu neçə gündə gözləməkdən də gözümüzün kökü saraldı!..

19445 dəq
XXIII

Qaloşlu adam arzuladığı ilk açarı əldə etmiş oldu. O, bu ailədə olan azmı-çoxmu ixtilafa bələd oldu. Qaloşlu adam “daş-qaş mərəz”ini bildi. “Bax buradan, buradan açarı salmaq!” – deyə o içəridə sevindi. Qaloşlu adam fikir içində bir qədər hərlənib-fırlandı, girəvə tapıb özünü anbarın qapısından içəri saldı. Məmmədxan yenə də çotka çəkir, sənədləri aşırıb yoxlayır, qara saplı bir iynə ilə tikib düzəldirdi. Qaloşlu adamın kölgəsi içəriyə uzanıb stol üzərinə səpələnmiş kağızların üstündə gəzdi. Məmmədxan əyri-üyrü kölgəni görüncə başını qaldırıb:– Yenə xeyir ola, – dedi. – Qaloş?

19444 dəq
XXIV

Züleyxa xeyli vaxt, həyəcan içində qapı-bacada dolandı, sonra yenə Zərrintac Sərrafzadəgilə getdi.– Salaməleyküm, gəlin! – deyə genişlənən gözlərini dolandırdı!

19449 dəq

Başqa şairlərin şeirləri