Dənizə çıxsın
Arzumdur, ömrümdən keçən hər gecəm,Həmişə günəşli gündüzə çıxsın.Qoca balıqçıtək göllərə deyil,Yelkənim dalğalı dənizə çıxsın.
Cənubun dərdinə şahiddir yaşım,Savalandan betər ağarıb başım.İnansın sözümə bacım, qardaşım,Kim istər o eldə qan dizə çıxsın?!
Deyirəm, sönməsin göylərdə Ay, Gün,Kim dünən yatıbsa ayılsın bu gün,Namuslu bir oğul sayılsın bu gün,Adı el içində təmizə çıxsın!
Yanımdan yel kimi ötdükcə hər il,Görün nələr deyir bu şair könül:Nyu-Yorka deyil, Parisə deyil,Mənim uzun yolum Təbrizə çıxsın!
Məndən gileylidir dostlarım bir az,Yetir sözlərimi o taya, Araz!Süleyman vəfasız olmayıb, olmaz,Gəlirəm, lalələr qoy düzə çıxsın!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-denize-cixsin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,
Milli ətlərikBiz qovulduqca qaçıb mərddən dönən namərdlərik,Az.Tv-də dərdsizik əslində əhli-dərdlərik.
Bir uşaqtək özünü torpağa heç sürtmək olar?Palçıq ilə günəşin çöhrəsini örtmək olar?
Xosrov və Şirin, fəsil 101Xosrov dedi: "Mənə çərx gərdişindən,Bu yerdən, havadan bir az danış sən."