Əksini gördüm
Qəlbimdə yenə saf, ləkəsiz güzgünü gördüm,Mən orda böyük eşqimin öz mülkünü gördüm.Uçdum dağa bir duma qatarıyla bərabər,Göy göldə bu rəqqasələrin rəqsini gördüm.Endim Xəzərin sahilinə, yelkənə bənzərQuş ordusunun qar kimi ağ köksünü gördüm.Sən bəxtimə bax, ayna kimi mavi sulardaAxşam ayı, ulduzları, gündüz günü gördüm.Hər tərpənişi naz dolu şıltaq ləpələrdəSandım ki, mən öz sevgilimin əksini gördüm!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-eksini-gordum
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yaxşı olar, olmasa bu sulu xatirələr,Uydurmayla, yalanla dopdolu xatirələr,
Yad adamDəniz kənarına çıxdım dünən, gülürdü bahar,Nəfəs alırdı dərindən gözəl Xəzər, bulvar.
Nakam şairO qədər yazdı ki, dəftərlərə, əldən düşdü,Çox özündən dedi, “mən”, “mən” dedi, dildən düşdü.
Yenə bəziləriKöhnəlikdir – dedi – bozbaşla qutab, bəziləri,Bağladı xeyli bu mənada kitab, bəziləri.
Başqa şairlərin şeirləri · Eşq
Başına döndüyüm gül üzlü yarım,Bizim bu dağların maralı sənsən.
Ol zaman kim məst qıldı çeşmi məxmurun məniOl zaman kim məst qıldı çeşmi məxmurun məni!Xaki-pakə ol dəm etdim, mən fəda canü təni.
GördümÇəmənlər qoynunda, güllər içində,Mən səni çiçəklər əlində gördüm.
SinəsinTər köynəkdə qızıl düymə, yaxalıq,Gərdiş edir o dildarım sinəsin.