Olsun, olmasın
Sevgilim, könlüm sənin heyranın olsun, olmasın!Can deyib, candan keçən cananın olsun, olmasın!Bəlkə bilmirsən özün, çoxdan mənim qəlbimdəsən,Canına bağlı bu can da canın olsun, olmasın?Bir gün hicran yollarında könlünə üz versə qəm,Odlu, ilk busəm sənin dərmanın olsun, olmasın!Şux çiçəklər, güllər öpsün gül dodağından gərək,Aşiqin bağçanda öz bağbanın olsun, olmasın!Mən Süleyman Rüstəməm, dillən görüm, yandım ki, mənGündə min yol can sənin qurbanın olsun, olmasın?
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-olsun-olmasin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Könül, sevən dost bağına vara bilməm, neyləyim?Açılıbdı taza güllər, dərə bilməm, neyləyim?
Haray, harayZülm eyləyib bu gərdişi-dövran, haray haray!Ömrüm yetişdi axıra, ey can, haray, haray!
Mənim istəklim o üç nalız gözəldən biridirMənim istəklim o üç nalız gözəldən biridir,Həmi göyçək, həmi on yeddi yaşından iridir.
MəndənBaşına döndüyüm, ey nazlı dilbər,Gəlirmi guşuna sədalar məndən