Fərqi yoxdur
Buzdan da soyuq qəlbindən məniSilsən də birdir, silməsən də bir.Baxıb uzaqdan mənim halımaGülsən də birdir, gülməsən də bir.
Xeyli zamandır görmürəm səni,Mən unutmuşam olub-keçəni.Kimi sevirəm, kim sevir məni,Bilsən də birdir, bilməsən də bir.
Çox da ağarıb başım qar kimi,Keçir qışım da ilk bahar kimi.Bir gün yanıma günahkar kimiGəlsən də birdir, gəlməsən də bir.
Deyirlər yaman dəyişmisən sən.Mən necəyəmsə bilir el, vətən.Bir gün təzədən mənim dərdimdənÖlsən də birdir, ölməsən də bir!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-ferqi-yoxdur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xəzərdə həlak olmuş*Tofiq Hüseynovun xatirəsinə*
Təbrizdə qışBir dost kimi yetişərək harayına Arazın,Gözlərimi zilləyirəm o tayına Arazın.
Qolsuz qəhrəmanGecə dilsiz, yer-göy dilsiz, ay-ulduzlar yenə dilsiz,Saya gəlməz insan udur lal gecənin havasını.
Yeni kəndin işıqlarıTəbiətin qucağında, doğma Xəzər qırağında,Qəhrəmanlar ocağında, kefimizin şən çağında
Başqa şairlərin şeirləri · Eşq
Dəli könül, qalx ayağa, məclisi alşan eylə.Bülbül kimi gül eşqinə naləvü-əfğan eylə.
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
Olurİki sevgi bir-birini sevəndə,Aralıqda şirin möhübbət olur.