Deyin hardasınız, gənclik illərim,Yaman öyrənmişdi ürəyim sizə,Nəyimə gərək bu dinclik illərim,Nə deyim, nə deyim, nə deyim sizə.Hərdən gəncləşirəm düşəndə yada,Tribunalarda qanad çaldığım,Yadımdan çıxmayıb, çıxmayacaq da,Güllərin əlindən güllər aldığım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar