Doğma vətənimin gülüstanınaQoymaram uzansın hər qara pəncə.Ağ günümə düşmən kim olur-olsunMurdar varlığını döndərrəm heçə.

Ərzə qorxu yoxdur bizim ölkədən,Əlimiz uzaqdır qandan, ləkədən.Sülhü qorumaqçün hər təhlükədənNəğmə yarağımı qoymuşam dincə.

Sülh deyə səslənir sazımın simi,Qoy ellər dinləsin bu haqq səsimi.Dilsiz bir körpənin ilk təbəssümüAtom silahından güclüdür, məncə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən