Ayıq ol, ey könül, ayıq ol,Sayıq ol, ey könül, sayıq ol.

O yenə çıxıbdır qarşına,İnanma gözünün yaşına –Bəlalar gətirib başınaİnanma sözünə, ey könül.Sözünə, özünə, ey könül.

Sən yandın, osa heç yanmadı,İçdiyi andını anmadı.Özünü sənə tay sanmadı.Dönərək sözündən, ey könül,Yox oldu gözündən, ey könül.

Təzədən gəlibdir yanına,Vurulub adına, sanına.Yalvarıb and içir canına,Ayıq ol, ey könül, ayıq ol,Sayıq ol, ey könül, sayıq ol!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri