Nə müddətdi iştiyağın çəkirdim,Şükür həqqə, pərizadə gedirəm.Çərxin sitəmindən, dövrün zülmündən,Gözəllər şahına dada gedirəm.

Mən ona çəkərəm, o mənə sultan,Hər nə hökm eyləsə-bəndeyi-fərman.Möhnətimə çarə, dərdimə dərmanEdən yoxdu bu arada, gedirəm.

Gecə-gündüz qan tökülür didəmdən,Yarımadım hərgiz yarü həmdəmdən;Ya öldürsün məni, qurtarsın qəmdən,Versin muradımı, ya da gedirəm.

Baş ağardı, ömür keçdi yarıdan,Qurtarmadıq hərgiz ahü zarıdan.Bu gün neçə gündü canan sarıdanYetibdi guşuma səda, gedirəm.

Zakirəm, sızlaram misli-əndəlib,Görüm, ya görməyim üzün, ya nəsib?Hal-pərişan, dil-nigaran, müztərib,Sərdarıma bir murada gedirəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri