O qədər gəlmədi intizar öldüm,Deyin, indən belə yara gəlməsin.Gözü yolda natəvanım var, - deyən,Zəhmət çəkib bu diyara gəlməsin.

Əgər ağlamağa olsa həvəsi,Səd əmanət, uca çıxmasın səsi,Deməsinlər yoxdu bir kimsənəsi,Xəlq üzünə geysin qara, gəlməsin.

Biganələr sarayına varmasın,Dırnaq çalıb gül üzarı yarmasın,Amandı, baş açıb, əl aparmasınSiyah zülfi-tabdara, gəlməsin.

Yar olan gərəkdir yana yarına,Qəmü möhnət çəkə qəmküsarına.Səbr etməkdən qeyri qəza karına,Yoxdu dəxi özgə çara, gəlməsin.

Həsrət ilə getdi Zakiri-xəstə,Badi-səba, yetir ol çəşmi məstə,İşdir, yolu düşsə məzarım üstə,Pünhan gəlsin, aşikarə gəlməsin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri