Nə yaraşır sana, divanə könül
Nə yaraşır sana, divanə könül,Həmdəm olmaq yarə bu gündən belə?Vədə yaxınlaşıb, köçmək çağıdırBir özgə diyarə bu gündən belə.
Sərvqamotlərə su kimi axma,İnani-məqsədi əldən buraxma;Mürüvvət eylə, bax tanrıya, baxmaÇöhrəvü rüxsarə bu gündən belə.
Sal yadına keşa-keşin məhşərin,Qafilsən, özündən yoxdur xəbərin;Ənqəribdir ola cimsi-pərvərinTömə murü marə bu gündən belə.
Yüyürüb, yortmaqdan abü ələfə,Ovqati-əzizi verdin tələfə;Yıx özünü xaki-dəri-Nəcəfə,Çox gəzmə avarə bu gündən belə.
Şərm eylə nəbidən, utan xudadən,Usan təməşadən, zövqü səfadən;Dəxi bəsdir, bu vərtəyi-bəladənÇəkil bir kənarə bu gündən belə.
Zəbt edə bilmədin çıxmış gözünü,Xəlq içində rüsva etdin özünü;Bu rahi-xətadən döndər üzünüQadirü qəffarə bu gündən belə.
Ömür keçib, az qalıbdır həyatın,Ləhvü ləəb ilə keçdi ovqatın;Dosta layiq yoxdu, Zakir, sovqatın,Gör başına çarə bu gündən belə.
Kitabxana.az · https://kitabxana.az/works/zakir-ne-yarasir-sana-divane-konul
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əzm etdi səhər naz ilə ol sərvi-dilaraSeyr etməyə bağə.
Ol sərv bu gün seyri-gülüstan edəcəkdiOl sərv bu gün seyri-gülüstan edəcəkdi,Şi müşkülə düşdü.
Hüsnün çəməni-xubdən, ey sərvü sənubər!Hüsnün çəməni-xubdən, ey sərvü sənubər!Ta aldadı beydəq,
Ah, yüz min ah, dərvişü qəni, mirü gədayAh, yüz min ah, dərvişü qəni, mirü gəday,Mütləqa bilməz nədir şəri-Nəbi, əmri-xuday,
Başqa şairlərin şeirləri
Əlhəmdülillah, fikrimdir Allah,Fikrimdir Allah, əlhəmdülillah.
BayatılarMən Aşıq, gözəl alma,Yemək gözəl alma,
TiflisinQazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,
TilliBənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.