Nə zülmlər qaldı mənim həqqimdəEyləməmiş o bivəfa, görəsən?Yandığına görə alovlarına,Hələ, barı beş gün səfa görəsən.

Yaslandım dərində bir neçə müddət,Bir zaman müyəssər olmadı xəlvət;Vüsalında mümkün olsa fərağətSəhldir hicrində cəfa görəsən.

Qəm evində paybəstə olduğum,Halpərişan, dilşikəstə olduğum;Bəstəri-möhnətdə xəstə olduğum,Deyən varmı biinsafa, görəsən?

Nazlı dilbər özgələrə ad olsa,İşim, gücüm nalə olsa, dad olsa,Dəli könül dost kuyindən yad olsa,Kəsilərmi bu qafqafa, görəsən?

Zakir, hər yetənə özün uduzma,Dərdü qəm çərisin dövranə düzmə,Əbəs yerə cəfa çəkmə, can üzmə,İnanma, xublardan vəfa görəsən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq