Üzünü görmədiyim illər gəlib ötüşdü,Bəxtimə bax, nəhayət, vüsal vaxtı yetişdi.Qoy bilməyən də bilsin, tapdım, nə tapdım səni,Ayrılığın amansız əlindən qapdım səni.

Artıq ürəyimdəsən,İnan ki, bir daha mənSəni hicran yoluna ötürmək istəmirəm,İtirmək istəmirəm, itirmək istəmirəm!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran