Yoruldum demərəm
Hər mahnım, hər şerim öpüb, öpəcək,Xalqın dodağını qızılgül kimi.Səni, ev vətənim, dərindən sevən,Bir könül tapmazsan bu könül kimi!
Hicran əllərinlə bağrın söküldü,Uğrunda döyüşdə igidlər öldü.Ayrılıq həsrəti bağrımı dəldi,Bununçün hər günüm keçdi il kimi!
Ey təbrizli gözəl, sözüm var sənə,Sinənə cəlladlar dağ çəkib yenə.Görünür o nəmli gözlərin mənə,Kirpikləri şehli qərənfil kimi!
Dilin açar olsun, dodağın qıfıl,Sinəndən dəftərə tökülsün qızıl.Ayıl, öz dərdinə özün çarə qıl,Gəzmə vətənində bir qafil kimi!
Hər yana baxıram ağrıyır ürək,İnsan həyatından bahadır çörək.Övlad vətənində gəzməsin gərəkBir dilənçi kimi, bir səfil kimi!
Hardasan, hardasan, ey vüsal günü!Yoruldum demərəm ömrüm uzunu –Cənub həsrətinin ağır yükünü,Daşısam çiynimdə qoca fil kimi!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-yoruldum-demerem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Təbrizli gözəl qız, yenə eşqimdə düzəm mən,Məndən uzaq olsan belə, üstündə gözəm mən.
Hardadır?Öyrənin, ey durnalar, təbrizli yarım hardadır,Ellərin istəklisi, gülüzlü yarım hardadır?
Təbrizli gözəllərDünyaya dəyər nazlı, siyah gözlü gözəllər,Baldan da, şəkərdən də şirin sözlü gözəllər.
Qəbrimə yazsın nəqqaşEy gözəl Təbrizimin dilbəri, gəl vəslə yol aç,Sənin hicrində ürəkdən süzülür gözlərə yaş.