Beşinci pərdə
Səhnə Hacı Muradın otağını göstərir.
Hacı Murad (yalqız). İmranı qovdum getdi, amma qız yenə də razı olmur. Məhərrəm bəy gəlsin, gərək işə nə əncam çəkirik. İmran da istədi ki, atası Şeyx Əlidən qalan malı məndən istəsin, gördü ki, xeyr o girən qol deyil. Elə hesab verdim ki, papağını da götürüb qaçdı. Durum Şeyx Əlidən qalan cavahir və qızılları yoxlayım. (Durub sandığı açır.) Pəh, pəh, pəh... almazların şəfəqi gözlərimi qamaşdırır. Bu irilikdə mirvarı, bu rəngdə yaqut heç Xəta padşahının xəzinəsində də tapılmaz.
Qulu, Niyaz, Qurban daxil olurlar.
Qulu. Sənin kimi xəsis, tamahkar da dünyada tapılmaz.
Hacı Murad (sandığın qapağını salıb). A zalımlar, siz kimsiniz? Məndən nə istəyirsiniz?
Qulu. Hacı Murad, nökərin Qulunu tanımırsan? Nə tez yadından çıxartmısan?
Hacı Murad. Qulu, sənsən? Buyur əyləş, yoldaşların da xoş gəlibdir. Mənə görə nə qulluğun var? Yəqin məvacibinin dalınca gəlmisən, mən özüm də səni axtarırdım ki, haqqını verəm.
Qulu. Haqqım çox ağırdır, qorxuram öz ixtiyarın ilə verməyəsən. (Sandığa tərəf gedir.)
Hacı Murad (onun əlindən tutub). Nə istəyirsən? Qoymaram!
Qulu. Demədimmi, öz ixtiyarınla verməyəcəksən. Qurban tut, Niyaz, qollarını bağla!
Hacı Murad. Ay aman, qoymayın! Məni öldürürlər!
Qurban (xəncəri sıvırıb). A kişi, səsini kəs, yoxsa qarnına soxaram. (Əllərini bağlayır.)
Hacı Murad. Ay haray! Ay aman! Ay Əliqulu!
Əliqulu (daxil olur). Nə buyurursan, ağa can?
Yoldaşları gülüşürlər.
Hacı Murad. Tez get, divana mə’lum elə!
Əliqulu. Ağa can, indi sənin hakimi-şər’in bunlardır, bu saat divan edəcəklər. Cəza-fəza etmək artıqdır.
Hacı Murad. Əliqulu, sən də bunların yoldaşı imişsən? Ay aman, qoymayın!
Qurban. A kişi, qoysanız xəncəri soxum rədd olsun.
Qulu. Yox, öldürmə. O gərək ölümdən artıq cəza çəkə. Ağzını bağlayın, səs çıxarmasın. (Hacı Muradın əl-ayağını bağlayıb yerə qoyurlar.) Qurban, gəl sandığın qapağını tut. (Qurban tutur, Qulu müçrünü çıxarıb Niyaza verir.) Niyaz, bunu al. İndi yoldaşlar, gəlin buraya, Əliqulu əmi, de görüm bundan xəbərin var ya yox? Niyaz, o döşəkçəni, palazı qaldır. (Niyaz qaldırır.) Qurban, gəl xəncərlə bu yeri qaz. (Qurban qazır, Qulu bir başqa müçrü çıxardır.) Əliqulu əmi, bu sirri bilirdinmi?
Əliqulu. Bəli, duymuşdum ki, orada bir şey var, çünki Hacı Murad oranı tez-tez yoxlayırdı.
Hacı Murad (başını qaldırıb xırıltılı səslə deyir). Evim yıxıldı.
Qurban. Sus!..
Qulu. Yoldaşlar, daha dayanmaq yeri deyil. İndi o biri kaftar da gəlib çıxar.
Niyaz. Eybi yoxdur, onu da Hacının küyünə salarıq.
Qulu. Hacı Murad, xudahafiz. Hərkah Ağa Qulunu axtarsan, Şama gəl. Siz öləsiz, nəinki Şama, hətta Hindistana da gəlib çıxar.
Hamı gedir, pərdə bir müddət açıq qalır, sonra Məhərrəm bəy daxil olur.
Məhərrəm bəy. Evdə, həyətdə heç kəsi tapmadım, bunlar necə olmuşlar? Bu palazı, döşəkçəni niyə buraya çəkiblər? Yoxsa evə oğru gəlmişdir. Elədi ki, var. Bəs Hacı Murad haradadır? (Bucaqdan Hacı Muradın xırıltısı gəlir.) Budur burada. Bunun əl-ayağını kim bağlamış? (Açır.)
Hacı Murad. Məhərrəm bəy, evim yıxıldı...
Məhərrəm bəy. Hacı əmi, de görüm, sənə nə olub? Əl-ayağını kim bağlayıb?
Hacı Murad. Qulu zalım oğlu. Əliqulu da ona yoldaş idi. Evim yıxıldı, tar-mar oldu. (Gedib sandığa baxır.) Hanı şəfəqin, gözəl cavahir, haradasan zərif qızıllar?! Məhərrəm bəy, tez get divana mə’lum et. O quldurları tutdurub, mənim pullarımı qaytar.
Nabat tənknəfəs daxil olur.
Nabat. Ağa, İmran Gülzar xanımı götürüb qaçdı.
Məhərrəm bəy və Hacı mat qalırlar.
Məhərrəm bəy. Əlimdən mal-dövlət çıxdı.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-sani-tamahkar-besinci-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hacı Muradın otağı. İki qapısı və iki pəncərəsi var. Otaq fərşlə döşənmiş. Sol tərəfdə Hacı Muradın paltarı, sağ tərəfdə pul və cavahir sandıqları qoyulmuş. Qapı tərəfdə bir dolab. Yanında bir əl ağacı.*Pərdə açıldıqda Qulu otağı süpürərək öz-özünə söylənir.*
İkinci pərdəSəhnə İmranın otağını göstərir. Otağın divarları pəhləvanlar rəsmi ilə müsəvvərdir, otağın pəncərəsi bağçaya baxır. Ortada bir masa, üstündə kitablar, yanında bir neçə kürsü. Gülzar pəncərəyə söykənib, İmran isə gəzinir.*İmran**. Yox, Gülzar, daha səbir edə bilmirəm. Bu on iki ildə atan mənə etdiyi zülmə davam edib, səbir etdim, amma indi sənə etdiyi sitəmə tab gətirə bilmirəm. O günü yadındadırmı, göz ağrısından nalən ərşə çıxmışdı. Gedib deyirəm, Hacı əmi, pul ver həkim gətirim. Deyir həkim-zad lazım deyil. İkicə gün aç qalsın, sappasağ olsun ayağa dursun. Hamı azar, deyir yeməkdəndir. Az yesin, qanı da az olsun. Onda heç vaxtı gözləri ağrımaz. O vaxtı məndə də pul yox idi. Gedib özkədən borc alıb həkim gətirdim. Sənə də demədim ki, ürəyin sıxılar. Nə deyim, Allahın belə birəhm ata yaratdığına təəccüb edirəm.
Üçüncü pərdəSəhnə Hacı Muradın otağını göstərir.*Hacı Murad** (yalqız). Hərçəndi Məhərrəm bəyə söz verdim ki, qız mənim itaətimdən çıxa bilməz, amma görürəm çətin olacaqdır, çünki Gülzarın könlü İmrandadır. Görüm, Məhərrəm bəyin mal-dövlətinə aldada bilərəmmi? Hərkah bu mümkün olmasa, atalıq ixtiyarımı əlimə alaram.
Dördüncü pərdəSəhnə Hacı Muradın bağçasını göstərir. Aydınlıq bir gecə, İmran gəzinərkən söylənir.*İmran**. Ay zalım, ey biinsaf kişi, əhdindən dönüb, səni dövlətli edəni evindən qovursan. Dünya malından ötrü Gülzar kimi qızı bir qocanın puluna satırsan? Yox, zor ilə də olsa gərək bu gecə aparam. Nabatdan bir xəbər çıxmadı. Yoxsa qoca kaftar küçlə Gülzarın nikahını oxutdu? Ya Gülzar naəlac qalıb razı oldu? Yox, yox, elə iş ola bilməz. Gülzar özünü öldürər, Məhərrəm bəyə getməz... Deyəsən qaraltı görünür. Arvaddır.
Başqa şairlərin şeirləri
Nəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm
QaldıKönül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı
Çadra tapılmadıYavaş-yavaş aralanır məxmər pərdələr,Çil-çıraqlar ağ salona səpir nurunu...
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.