Əli Kərimə
I
Sındı şerimizin kövrək qanadı,Görmədi zirvələr doyunca onu.Şeri utandırıb nankor övladı,Bəlkə də qaytarıb ana borcunu.
Ey ürək, şam kimi yanıb ərimə,Onun tək aləmə işıq saç, işıq.Əfsus ki, biz nakam Əli KəriməHələ borcumuzu qaytarmamışıq.
II
Bu söz şairlərə ağır gəlməsin;Deyirlər şairlik divanəlikdir.Kərəm atəşiylə yanan bir kəsinQatili soyuqluq, biganəlikdir.
Üzdə çox sevilib, çox alqışlanıb,Xəlvətdə şerinə dəyib şillələr.Müşfiqin köksünə tüfəng tuşlanıb,Əlini susdurub səssiz güllələr.
Kitabxana.az · https://kitabxana.az/works/tofiq-bayram-eli-kerime
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İştirak edənlərFüzuli
Birinci şəkilFüzulinin evi. Ev orta əsr üslubu ilə döşənmişdir. Məhəmməd Füzuli əynində əba, başında araqçın köhnə həsir üstə əyləşmişdir. Onun qarşısında bir neçə kağız, əlində isə qələm var. Qadını Nərgiz bir az kənarda ayaq üstə dayanmışdır.*Füzuli**
İkinci şəkilSultan Süleymanın sarayı. Sultanın ətrafında əyanları, vəzir, vəkil var. Şair Füzuli əl ağacına söykənərək içəri girir. O, saray əyanlarına yavaşca təzim edib, sultanla üzbəüz durur.*Sultan**
Üçüncü şəkilÖvqaf idarəsi. Qapı ağzında bir neçə əyni-başı cırıq kəndli və bir nəfər əli uşaqlı qadın dayanmışdır. İçəri iki məmur və bir də xəzinədar var. Onlar camaatın şikayətini ağızucu dinləyib, onları yola salırlar. Bəzisini də heç eşitmək istəmirlər.*Uşaqlı qadın**