Nankorluq
Gözləri qapıda, fikri uzaqda,Çırpınır, sıxılır öz yatağında.Ondan xəbərsizdir oğul-uşaq da,Kimsə kurortdadır, kimsə bağında.
Elə ki, yetirdi ömrünü sona,Onu nə gözləyir – deiym bu başdan.Həmin daş ürəkli övladlar ona,Məzar tikəcəklər bahalı daşdan.
Kitabxana.az · https://kitabxana.az/works/tofiq-bayram-nankorluq
← → düymələri ilə keçid, R — təsadüfi şeir