Həkimlər sevinir qürur duyurlar,Dirildi, kəfəni yırtdı bu insan.Xeyir-dua verir xəstələr ona:– Bir də bu yerlərə qayıtmayasan!

Gedir, bir xəstənin yeri boşalır,Yüz xəstə şadlanır, – belədir adət.Burda bir çarpayı sahibsiz qalır,Bir evə qayıdır sevinc, səadət.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri