Həkimlər tapşırıb: – Oxuma qəti,Gözlərin tutulur, belə yaramaz.Oğlum da yağdırır mənə töhməti:– Ay ata, çox yazma, yat, dincəl bir az.

Deyirəm: – Bilsəm ki, növbə mənimdir,Yazaram, susdurmaz bu gur səsi qəm.Ağaran vərəqlər ağ kəfənimdir,Qaralan varaqlar həyat vəsiqəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri