Heykəl qarşısında
Zəmanə şahları endirib taxtdan,Şeri qartal tək qaldırıb göyə.Şeir oxuyuruq ona bayaqdan,Yazanlar cərgəylə durub növbəyə.
Hərənin əlində bir dəstə kağız,Deyirik nə gəldi xəyalımıza.Yaxşı ki, heykəldir şair babamız,Eşidə bilsəydi, vay halımıza!
Kitabxana.az · https://kitabxana.az/works/tofiq-bayram-heykel-qarsisinda
← → düymələri ilə keçid, R — təsadüfi şeir