Bir vaxt xəyalında yuxu tək şirinBir aləm yaradıb “İqbalnamə”də.Bir gün bacarsaydım ölməz şairinGözünü açardım bir an, bir vədə.

Deyərdim: – Seyrə çıx təzə Gəncəni,Vətəndə yaranır öz cənnətimiz.Ay ustad, bir şeydə ötmüşük səni:Xəyaldan gözəldir həqiqətimiz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən