Sənətin məcnunu
İlahi eşq ilə alışıb yandın,Qəlbin öz odundan gileyli oldu.Gözəl təbiətə Məcnun yarandın.Hər sənət əsərin bir Leyli oldu.
Daş da dilə gəlib dedi: – Məni çək,Dağlar örpəyini atdı başından.Üzünə nur qondu, izinə çiçək,Vətən torpağının hər qarışından.
Kitabxana.az · https://kitabxana.az/works/tofiq-bayram-senetin-mecnunu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Oğul məhəbbəti
İlk dəfə dünyaya sanki göz açdım,Mən yaşa dolmamış ağıla doldum.
Ömrümə bir gün qalmış...Kaş ki, öləcəyim günü biləydim,Biləydim nə zaman son nəfəsimdir.
Şair qocalmazDeyirsən şairlər niyə qocalır?Ömür bahar olsa, şair qocalmaz.
Nəğmə çələngiSevdiyim sənətkarın şərəfinə*Yığışsın məclisə əhli-ürfanlar,