Duman, gəl get bu dağlardan,Bahar gəldi, qar əylənməz.Bu dünya bir bivəfadı,Gözəldə ilqar əylənməz.

Gözəlin qaşı qaradı,Bayqunun meyli haradı?Bu dünya karvansaradı:Hər gələn qonar, əylənməz.

Abbas deyər hac olanda,Kəbəyə merac olanda.Doğru yoldan gəc olanda,Namus gedər, ar əylənməz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri