Bir nəfər əhli-vəfa min bivəfadən yaxşıdır!
Bir nəfər əhli-vəfa min bivəfadən yaxşıdır!Bir sədaqət əhli min əhli-riyadən yaxşıdır!
Hansı güldür, hüsndə, səndən gözəldir, sevgilim,Hansı bülbül eşqdə mən binəvadən yaxşıdır?!
Qaşların çərxin hilalindən, üzün xurşiddən,Surətin ayineyi-giytinümadən yaxşıdır!
Bir daha xalın gözəllik artırır ruxsarına,Bir qələt sözdür, demişlər, ağ qaradən yaxşıdır!
Gözlərin səhrayi-Çin ahulərindən dilfirib,Ənbəri-keysulərin mişki-Xətadən yaxşıdır!
Səhhəti-bimari-eşqin Kəbəyi-kuyindədir.Əhli-dərdə xaki-rahin tutiyadən yaxşıdır!
Min bəla tufanı qopsa, zərrə gəlməz eynimə,Rəxnə görməz hər bina kim ibtidadən yaxşıdır!
Cahilə təbliği-ürfan eyləmək asan deyil,Dideyi-xəffaş üçün zülmət ziyadən yaxşıdır1
Yar ilə biganənin, əlbəttə, Vahid, fərqi var,Tap elə biganə ki, dust-aşinadən yaxşıdır!
Kitabxana.az · https://kitabxana.az/works/vahid-bir-nefer-ehli-vefa-min-bivefaden-yaxsidir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Keçməz işə bu əsrdə hürriyyəti-nisvan,Qan bir kərə, söz müxtəsər: arvad deyil insan!
Pəh-pəhPəh-pəh, Bakı dönmüş necə gör, xuldi-bərinə,çıx eylə səyahət.
İnşaallahÖlkəmiz mərkəzi-ürfan olar, inşaallah,Oxuyub xalqımız insan olar, inşaallah!
ÇadraEy mənim munisi-qəlbi-nigaranım, çadra!Səni tərk eyləmərəm, çıxsa da canım, çadra!
Başqa şairlərin şeirləri · Eşq
Baxıb cəlalına xəyala daldım,Şeir rübabımı eşqinlə çaldım.
VarYar-rəfiq xəbər alsa əhvalım,Deyə bilmən məni oda salan var.
آنکس که به چهره بوستانیست توییوانکس که به غمزه دلستانیست تویی
Nəqşi aləmidir keçmişəm dilü candanNəqşi aləmidir keçmişəm dilü candan,Yəqin elur ki, Bana bən bu yolda qətl oluram!