Dəllalların hiyləsi
Dəllallar ilə hiylədə şeytan da bacarmaz!Şeytan nəçidir, cin nədi, xortdan da bacarmaz!
Bir kəndçi ola xam, gələ at almağa nagah,Vay halına, dəllallar işindən ola agah,Bir növi soyarlar onu, göstərməsin Allah!..Qəssablığı bunlar kimi şeytan da bacarmaz,Şeytan nəçidir, cin nədi, xortdan da bacarmaz!
Aldatmaq olur kəndlini təriflə xəyalı!“Bax gör necə xoş kakili vardır, necə yalı.Hərçənd ki, bu, atdı, vəli yoxdu misalı,Var bir yerişi ki, onu ceyran da bacarmaz,Şeytan nəçidir, cin nədi, xortdan da bacarmaz!”
Min hiylə ilə ata onu raqib edərlər,Axır ki, neçə işvə ilə talib edərlər,Biçarəni bir kəmli ata sahib edərlər,Bir çarə o biçarəyə Loğman da bacarmaz,Şeytan nəçidir, cin nədi, xortdan da bacarmaz!
Var bir çoxu qalmaz orucundan, namazından,Baxsan neçə yüz ev yıxıb ömründə azından,Tərk etməyəcək canı çıxınca boğazından,Quldurluğu dəllal kimi aslan da bacarmaz,Şeytan nəçidir, cin nədi, xortdan da bacarmaz!
Kitabxana.az · https://kitabxana.az/works/vahid-dellallarin-hiylesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qoyma, gözəlim, kuyinə əğyar dolansın,İnsafmı, gülzarı gəlib xar dolansın?!
Göstər, gözəlim, gül üzünü görsün, utansınGöstər, gözəlim, gül üzünü görsün, utansın,Pərvanə sorağında gəzib odlara yansın.
Gəc baxsa kim ol mahi-cəmalə, gözü çıxsınGəc baxsa kim ol mahi-cəmalə, gözü çıxsın,Düşsün o da mən kimi bu halə, gözü çıxsın!
Olsa idi əsəri naleyi-əfğanımızınOlsa idi əsəri naleyi-əfğanımızın,Yenə bir rəhmi gələrdi bizə cananımızın.
Başqa şairlərin şeirləri · Satira
Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,Etmə nəsib bircə müsəlmanə məktəbi!
GərəkGet dolangınan, xamsən hənuz,Konsul olmağa çox hünər gərək.
Yol verin!Qaçın, qaçın, yol verin, atlandı Nasirəlmülk!Avropadan Tehrana, yollandı Nasirəlmülk!
Bizim qızBilməm nə görüb məktəbi-irfanda bizim qız,Təhsili-ədəb, dərsi-dəbistanda bizim qız?