Düşəndə türreyi-dilbər xəyalə axşamlar
Düşəndə türreyi-dilbər xəyalə axşamlar,Məhəbbət əhli düşər min məlalə axşamlar.
Şikəstə bülbülə bənzər bəla çəkən aşiq,Gülündən ötrü edər ahü nalə axşamlar.
Gündüzlər aşiqə tən etmə ki, gülüb danışır,Salar fəraqın onu, gör, nə halə axşamlar.
Düşəndə zülfün üzə, qaşların xəyalə gəlir,Batanda gün baxar aləm hilalə axşamlar.
Şərabı yarsız içsən, bir az da qəm gətirər,Gülüzlü yar ilə ol həmpiyalə axşamlar.
Bir özgə ləzzəti var, aşiq ilə məşuqəRəqibsiz yetələr gər vüsalə axşamlar.
Müyəssər olmasa gündüz sənə şərab içmək,Unutma, Vahid, onu laməhalə axşamlar.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-dusende-turreyi-dilber-xeyale-axsamlar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Cavanlıq eşqinə düşmüş mənim bu pir olan könlüm,Dəmadəm nazəninlərdən vurur dəm natəvan könlüm.
O qarə zülfün əlindən bəlalıdır könlümO qarə zülfün əlindən bəlalıdır könlüm,Batıb qəmə, elə bil ki, əzalıdır könlüm.
Getmə bu naz ilə, gözəlim, bir dayan görüm!Getmə bu naz ilə, gözəlim, bir dayan görüm!Eşqində mən yanan kimi, bir sən də yan görüm!
Kami-dil almadı dil ol mələki simadanKami-dil almadı dil ol mələki simadan,Əlqərəz kim, bizi bifeyz elədi röyadan.