Zərbəçilər
Bu gün fitlər gün doğmadan səsləndi,Dəniz coşa gəldi, göllər tərpəndi.Təkərlər oxudu, zindan can dedi,Qəlbimə zəhmətdən bir fərəh endi.
“An”lar keçir, dəqiqələr yürüyür...Kürələr ağzından atəş püskürür.Seçmək olmaz usta kimdi, fəhlə kim,Bu sevgiyə, eşqə təkərlər gülür.
Təkərlər fırlanır, zindan hayqırır,Zərbəçi qolları düşməni sıxır...Qabarlı əllərdən, gülər üzlərdənBir an keçir yeni bir alət çıxır.
Çəkicini bərk vur, zərbəçi yoldaş,Əks-səda versin sənə dağü daş.Sosializm tarixinə yazılır səninÇəkdiyin zəhmətin, qan-tərin, qardaş!
Kitabxana.az · https://kitabxana.az/works/vahid-zerbeciler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə eybi var, gözəlim, hər nə eyləsən dözərəm,Yolunda həsrət ilə eşq çöllərin gəzərəm.
Bu qürbət ölkədə mən görmədim səfa, gedirəmBu qürbət ölkədə mən görmədim səfa, gedirəm,Bu qədri bəsdi mənə, çəkmişəm cəfa, gedirəm.
Bir az da səbr elə, ey yari-mehriban, gəlirəmBir az da səbr elə, ey yari-mehriban, gəlirəm,Sənin yolunda fədadır bu cismü can, gəlirəm.
Get, gülüm, get mənə sən can olasan, istəmirəmGet, gülüm, get mənə sən can olasan, istəmirəm,İşvəli, sevgili canan olasan, istəmirəm!