Həm yordu öz-özünü,həm də yordu dünyanıbirdən yıxıldı bu ömür,indi heç özü də bilmirölür, ölmür?! Ölür, Ölmür?!

Yerüzündə dənizlərə,göyüzündə dağlaraqanad verib qaldıran quş,bir az da aşağı şığı,şığı, gözümün işığı,şığı, bu canı dimdiklə,ya da qaldır, bunu yenədümdüz elə, dimdik elə.

Yox, deyən ölməyib hələ,bu dünyanın hər yerindəhamı gözlətdi onu,deyən, ölüm də gözlədir,bəlkə ömründə bircə yolo da küsübdü Allahdan –öldüyünü gizlədir,susub dinmir bu ömürgözü axır, axa bilmir,Tanrım, bu ruh, Tanrım, bu ruhbirdən çıxmaq istəmir,göyüzünə bir az, bir azpillə-pillə qalxır, dəyir,Tanrım, bu ruh,göyüzünə qalxmaq deyil,

Göyüzünün sonunacanpillələr olmaq istəyir.

Tanrım! Tanrım! Bu ruhagöyüzünün sonunacanqalxan pillələr olmağa,qanadı qırıq ruhlaratitrəyən, əsən bu ruhlapillə-pillə çıxılmağabu ruhu tut,bu ruhun söykəndiyigöyün də əsir, titrəyir,göyünü tut, İlahi,ya da göyü titrəməyənbir dünyaya yıxılmağabu dünyanı bir yandan əy,ətəyini tut, İlahi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq