Stalinin kölgəsi
Bütün ölkənin üstündəydi,ölkənin xəritəsi şəklindəydi o kölgə.Əlini uzatsan dəyərdi bəlkə,ancaq heç yerdə yerə dəymirdi o kölgə.Yatanda hər gecəözü şinelini büküb qoyurdu başı altına,kölgəsi də baş altına qoymaqçünbükürdü bütün ölkəni eləcə,ancaq həbs düşərgələrindən soyuq gəlirdi,üşüyürdü kölgəsinin əlləri –axıra qədər bükə bilmirdi Sibiri.Beləcə, özü yatsa da, yata bilmirdi kölgəsi,
Ancaq bir adamın yata biləcəyiçarpayı kimiydi ölkəsi –bütün ölkə ayağı altına baxa-baxa,yolların gizli qulaqlarından qorxa-qorxayeriyirdi o kölgənin altında,Bir-birinin addımlarının ağzındansöz qapırdılar adamlar,yerdə göyə, göydə yerəmıxlanmışdı qapılar –dirilərə bu dünyanın,ölülərə o dünyanın qapıları,Açıq idi ancaq səbrin, bir də Sibirin qapısı.
Dünyanın ən böyük zalımıydı,ən böyük, ən soyuq gözləmə zalıydı Sibir.Orda min il sonrakı qatarı gözləyə-gözləyəuzanmışdılar yan-yana ölülər, dirilər.səbirliydi dirilər, ancaq hardaydıölülərin səbri?
Hərdən tərpənibbir meşə yıxılan ağcaqayıntəkinildədirdilər Sibiri.
Onda Allahı da, şeytanı daməhv etmişdi onlar,ancaq Allah Allahdı,şeytan da dəyişmişdi cildini –o lap başdaydı,Stalin kimi bığlı, Lenintək dazdı,hətta şeytanın daaldanıb gözlədiyi kommunizm,Kommunizm piki* kimi əlçatmazdı.
Dünyanın ən uca dağ zirvələrindən biri Sovet dönəmində belə adlanırdı.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-bayatli-oder-stalinin-kolgesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Naz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
BayatılarDüz dağlar, əyri dağlar,Düzəlməz əyri dağlar,
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım