Heç nədən yarışmadım, İlahi, məni dünyadan götürəndə əziyyət olmasın sənə
Heç kəs xatırlamasın məni,öləndən sonraən xoş xatirə də ağır yükdühər qalan insana.
İnsanı torpağa tapşırmaq –insanı qarışqadan cücüyədəktorpağın üstündəki milyon canlınınyaddaşındanaltındakı milyon canlının yaddaşınaatmaqdı,bu da insanı bir cürə yaddaşlardayaşatmaqdı,basdırmayın, atmayın məni yaddaşlara,atın məni göyüzünə,göyüzündən də görünə bilərəm,atın məni göyüzündən də o yana,əzab ola bilərəm Tanrının özünə də,atın məni Tanrının özündən də o yana,yadından çıxmaq istəyirəm Tanrının da.
Sənin qədər xatırladan,sənin qədər unutduran yoxdu, Tanrım,görürəm hər gecə hər şeyiunutdura-unutduraməntək nə qədər xəstəni, dəli-divanəniçiynində çıxardırsan sabaha,bilirəm sənin ən böyük gücün
ölüm, həyat deyil,güc verməkdi unutmağa, unutdurmağa.
İlahi, kim kimi unuda bilmirsə,kömək et, unutmağa güc ver ona,İlahi, məni də sil bütün yaddaşlardan,sevdiyim bu dupduru suyun,bu dupduru torpağın ən qara daşının dayaddaşını xilas elə məndən.
Heç nədən yapışmadım, İlahi, bu dünyadaəziyyət olmasın sənəməni bu dünyadan geri alanda da,sil məni bütün yaddaşlardan da,sonra əziyyət olmasın sənəyaddaşlardan qaldıranda da.
Hə gözəl, nə rahat, İlahi,bir min il də,bir milyon il də unutdurdun məni,indi ancaq sən bilirsən hardayam,indi hardayamsa ordan sevgilərüstümə dosttək qonan bu işığa,bu yağışa, qara,və məni hər anheç bir zaman xatırlamayanlara.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-bayatli-oder-hec-neden-yarismadim-ilahi-meni-dunyadan-goturende
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · İlahi eşq
Haqq deyib, haq dilədi haqqa tapan yurddaşlar,Haqq deyən milləti susdurmaq olarmı tankla?!
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Elm tərifində deyilibdirMÜXƏMMƏS**Aç qulağını bir eşit bu sözlərin ey bül füzul,