Hər nə görürük, dadırıq,aldanırıq, aldadırıq,Allahı da aldadan anbizi devirir Allah,bu dünyanı canımızdansilir, sivirir Allah.

Son sorğuya yığılırıq,üzüquylu yıxılırıq,günah altda yox oluruq,bir söz sormadan bizihərəni öz eşqi boydagöyə çevirir Allah.

Bu dünyada hər nə var, nə,Göytək görünür gözünə,baxıb hər insan üzünəbizdən göytək uça-uça,hər eşq üçün bir ayrıcasalavat çevirir Allah.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq