Uçan qız
O qıza bax! Bir azdan uçacaq-Lələkləyir qolları,Ləçəkləyir yaxası,Yarpaq altda gizlənənAlma, heyva qoxusuUçan tellərinin qoxusu.
Bax, baxBir az, bir az qalxır qanadları,uça bilmir ancaq,hələ göyüzünə baxır qanadları,hələ dünyadan,hələ göyüzündənqorxur, qorxur qanadları.
O ürəyi qönçə qıza bax!Özü də bilmir niyəgülləri bir-bir əyir üzünə.Əydikcə güllərin nəfəsisevginin nəfəsitək dəyir üzünə.
O qanadlı, o qönçə qıza bax!Gözünün işığıyla,Gülən üzünün batığı,darağı, sancağıylanecə xoşbəxt olmaq istəyir, Allah!
O qıza bax, Tanrısı!nolar, onu da sal yada,Heç olmasa bir gözəlixoşbəxt elə bu dünyada.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-bayatli-oder-ucan-qiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Yer üzərində bir ada var,Xəritədə, kitabda
OlmuşamNə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.
Deyişmə: Dağıstandan gələn gəlin— Lətif:Dağıstandan gələn gəlin, mən səni qonaq eylərəm,
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.