Xanım, xanım necə ağladın onları
Muncuqların qırıldı, oy,yarı zümrüd, yarı mirvari,xanım, xanım,necə düzmüşdün onları,biri zümrüd, biri mirvari.
Muncuqlar qulun oldu,hamsı sənə sarıldı, oyy,elə sarılan kimi dəeşqləri şiddət eylədi,qolları qırıldı, oyy.
Qırıldı gözlərindən dəzümrüd, mirvari yaşları –daşlar daşlardan,yaşlar yaşlardan qırıldı,qırıldı zümrüd, mirvari.
Muncuqlar boynun, çiynin,göz yaşı gözün cocuğu,indi mən hansını yığım,göz yaşını, ya muncuğu.
Vay, vay, deyən, yanlış yığdım,muncuğu muncuqdan üzdüm,göz yaşına muncuğu,muncuğa göz yaşı düzdüm.
Oy, oy, çaşdım, çaşdım yenə,göz yaşın azacıq düzdüm,
bir göz yaşının yanına,bir gör, neçə muncuq düzdüm?!
Göz yaşları muncuq-muncuqsalxım-salxım, dənə-dənə,muncuq gəzən əlləriməgöz yaşları gəlir yenə.
Macalım da yox saçımdançırpam illərin qarını,sən çoxdan getmisən, xanım,mən min ildi yığıram yerdənsənin göz yaşlarını.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-bayatli-oder-xanim-xanim-nece-agladin-onlari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Beş yaşımdan on beş yaşa yetişdim,Beşin atdım, beşin tutdum, beşi nə?
Gəraylı: Nə baxarsan oğrun-oğrunNə baxarsan oğrun-oğrun,Oxşar marala gözlərin,
Təbrizin qarətiGənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu
Deyişmə (Bədihə): Göstərəndə qaşlarının tayını— Həsən:Göstərəndə qaşlarının tayını,