Ey rəngi-rüxi-alına heyran gülü lalə
Ey rəngi-rüxi-alına heyran gülü lalə,Can qurban ola sən kimi bir qaşi hilalə,Vəh, cilvəyi-eşqin yetişibdir nə kəmalə,Təhsin gətirər göydə məlaik bu cəmalə,Seyr eləmişəm çox sənəmi-hurimisalə,Amma, nə deyim, olmamışam bəndə həvaləBir sən kimi şəkkər dəhənü tuti məqalə,Ta aşiq olubdur könül ol arizi-alə,Həm silsileyi-kakilə, həm daneyi-xalə,Daim çəkərəm sübhə təkin hər gecə nalə.
Səndən ki, cüda nuş edərəm sağəri-gülnar,Tünd olma, dönüm gözlərinə, özgə səbəb var,Ərz eyləyim, ol türreyi-ənbər güli-rüxsarQılmış məni bir müşkül olan dərdə giriftar,Amma yanaram atəşə pərvanə kimi zar,Yəni ki, olalı sənə mən aşiqi-didar,Hərgiz deyil əhvalıma bir kimsə xəbərdar,Naçar edərəm dərdi-dilim saqiyə izhar,Ləlin ki, düşər yadıma, ey gözləri xummar,Bu zövqlə gahi içərəm neçə piyalə.
Minavü sürahində ki, vardır bu lətafət,Gör çəkməyələr qamətü gərdən sənə nisbət,Hərgiz mən edərdimmi dəxi onlara ülfət,Hicrində yetər canıma çox möhnətü külfət,Istərsə mənə gündə çəkib tiği-siyasətÖldürmək üçün üz qoya qatil kimi firqət,Şirin dəhənin ta ola bir dəm bizə qismət,Sabir oluram var nə qədər canda səlamət,Sənsiz, nə rəvadır, mən edəm eyşlə işrət,Bəsdir mənə şövqüm ki, olur cami-visalə.
Oxşar, deyirəm, ləblərinə badeyi-gülgun,Onunçün olur hər dəm ona rəğbətim əfzun,Məzur tut, oldum belə şuridə cigərxun,Çox olmuşam aşüftə, pərişan, dilü məhzun,Zira ki, sənin daneyi-xalindəki əfsunDil mürğünü etmiş girehi-zülfünə məftun,Cəm olsa əgər bir yerə Loğmanü Fəlatun,Yox çarə dəxi badədən özgə mənə əknun,Hicran günü dil xəstə olan dəmdə bu məcunBir vasitədir dəfi-qəmü dərdü məlalə.
Vaqif kimi kim, dəm vuraram zülfi-siyadən,Əzamə düşər lərzə sərasər bu nəvadən,Tənbur sifət cuş edərəm zərdi-həvadən,Indi məni hər kəs görər olsa rüfəqadənBir tarə bərabər tutar ol cəngi dütadən,Qanun belədir firqeyi-üşşaqə binadən,Sən cahilsən, yox hələ elmin bu ədadən,Yoxdur xəbərin, hiç deməzsən, füqəradən;Bir kərrə düşəndə xəbər al badi-səbadən,Saçın həvəsi gör ki, məni saldı nə halə?
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-ey-rengi-ruxi-alina-heyran-gulu-lale
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sən qönçə kimi hər bir edən demdə yaşınmaq,Artar bizə yüz mertebo odlanna yanmaq.
Ya rəbbi, bu şəhrə, o üzü mah gələydiYa rəbbi, bu şəhrə, o üzü mah gələydi,Gedəydi bu zülmət,
Ey zülfü siyəh, sinəsi əbyəz, gözü aləEy zülfü siyəh, sinəsi əbyəz, gözü alə,Nə türfə cavansan!
Aldı canım naz ilə ol gözləri şəhla pəriAldı canım naz ilə ol gözləri şəhla pəri,Ləbləri püstə, yanağı laleyi-həmra pəri,
Başqa şairlərin şeirləri
Sahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.
DurnalarUçursunuz alnı açıq, üzü ağ,Bağrım çatlar sizdən almasam soraq.
Vay günüGör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.