Axır ki, gəlib çıxdı Bakıya.
Axır ki, gəlib çıxdı Bakıya.Neçə ay nigaranqalmışdıq, necə nigaran...Deyirdik, Allah bilir,harda itib-batıb,harda, kim məzar qazıb ona.Nə bir məktubunu almışdım,nə də yuxumuza girmişdi bədbaxt.Yavaş-yavaş çıxırdıadamların yaddaşından da.Səsinə oxşayanbir səs dəymirdi qulağımızaadamla dolu bu boyda şəhərdə.Yerişinə bənzəyəninsan ayaqları da dəymirdi gözümüzə,nə şəhərin mərkəzində,nə mikrorayonlarda.Gəlib çıxdı axır ki.Kaş gəlməyəydi...İndi gözləməyə bir kimsəmiz yox...
1985
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-semedoglu-axir-ki-gelib-cixdi-bakiya
← → düymələri ilə keçid, R — təsadüfi şeir