Gəlməyin, sən allah, gəlməyin.Bura gələn yolların qırağındabir ağac, bir kölgə yox,bu yollarda qalan izləryanır, hey yanır gün altında,başının üstündə görünməyibbircə ulduz belə,bura gələn yollarheç vaxt keçməyib gecədən...

Gəlməyin bura, gəlməyin,yormayın ümidinizi,ayaqlarınıza heyfiniz gəlsin.Orda qalın,gündüzlər çiçəklərə,gecələr ulduzlara baxın,unudun buraları, unudun...

1985

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri