Elə bu rəngdəyəm, öz rəngimdə,yamyaşıl otlar arasında sürünəndə də,qumral düzlərin qırpınmayangöz açıqlığında da,ağ qarın yağan, qalan, əriyən,gəldi-gedər həqiqətində də,elə bu rəngdəyəm, öz rəngimdə.Dəyişə bilməməyim,rəngdən rəng ala bilməməyim,hər yerdə, həmişə görünmək xofunda,daima göz qabağında olmaq qorxusunda...Hər gün burda,hər gün görünə-görünə,hər gün başqa rənglər görə-görə.Bir rəngin məhbəs kamerasındaömürlük dustaq,rənglərin azadlığına çıxmaq arzusunda,rənglərin yad, düşmənolduğunu bilə-bilə...

1985

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri