Kaş böyüyə-böyüyə səsi çıxaydı,nəğmə deyə biləydi ağac,biləydik, ilin hansı fəslindənədən oxuyur, necə oxuyur ağaclar?Və uzaqdan, lap uzaqdan eşidəydikən uzaq bir qovağın səsini,biləydik ki, göyərçin, ya başqa bir quşqonub onun budağına, sevinir qovaq,ya da qulağımıza onundili, acısı dəyəydi,o an başa düşəydik ki,kimisə asmaq istəyirlərfəryad qoparan ağacın budaqlarından...Kaş səsinə səs, harayına hayverə biləydik ağacların,kaş bir xor səslənəndə irəlidə,biləydik ki,meşə var qarşımızda...

1985

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri