Bayrama nə qədər,neçə gün qalıb?Bəlkə bu gündür bayram?Bu gündürsə, mübarək,mübarək olsunçalğısız, oyunsuz bayramım,qurbansız, qoyunsuz bayramım,nəğməsin pəsdən deyən,qaranlıqda əlvan geyən bayramım.Bayram gəlib,sevin, könül,başına gün dolanıb,ocaq, tonqalyer altında qalanıb...1986

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri