Bəlkə bu yanmış çöl bağdı,Bəlkə qara rənglər ağdı,Uzaqda bir şimşək çaxdı,Gözlə, bəlkə yağış yağdı...

Təzələnər göy ormanlar,Yada düşər xoş zamanlar,Çıxar ağlından yamanlar,Gözlə, bəlkə yağış yağdı...

Dünyanın bir üzü savaş,Bir göz quru, o biri yaş,Odur yaşa yavaş-yavaş,Gözlə, bəlkə yağış yağdı...

Bu yol nə sol, nə də sağdı,Bəxt nə ölü, nə də sağdı,Aranda da sinən dağdı,Gözlə, bəlkə yağış yağdı...1996

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri