Bu qayayla o qaya barışmaz
Bu qayayla o qaya barışmaz,o çayın səsi yaxın qoymaz özünəbu çayın səsini.Bu izlərin yiyəsidişlə-dırnaqla dayanıbözü saldığı çığırın keşiyində...Burda hər kəsin öz laylası olub,hər kəs yırğalanıb öz beşiyində.Burda bir günəş yanırhamının başı üstündə,ikincisi alışıb yansa,bir kəs salamat qala bilməz burda.Burda bir ürək dayanmaz,o biri dayananda,bir ayaq yorulanda,yorulmaz o biri ayaq.Bu mənzərəylə o mənzərəbarışmaz heç bir vaxtvə bir mənzərəyədönə bilməzlər birləşib.Burda canlı yaşayır,başqa canlını qoymaz yaxına,bu dünya insanlarındır,insanın yox...1982
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-semedoglu-bu-qayayla-o-qaya-barismaz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Eyvanda qırmızı gül dibçəyi,yazda çiçək açar.
Agah et, ey bad, məndən ol vəfalı həmdəmiAgah et, ey bad, məndən ol vəfalı həmdəmi,Söylə, gəl gör əşkdən ruyimdə bəhri-əzəmi,
Can ilən canan, deyillər, can təmənnasındadırCan ilən canan, deyillər, can təmənnasındadır,Baş verrəm, bilsəm ər, canan təmənnasındadır.
BəriEy ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri