Dağların səsi uzaq,Evlərin eşiyi sazaq,Hardasa həsrət gizlənibOnu tapıb şerin yazaq.

Gedib ömür, nəyi qalıb,Yad dənizdə lövbər salıb,Bu kimsəsiz gecələrinKönlünü bir şeir alıb.

Pəncərəmi duman tutub,Harayına duman çatıb,Bu gecə ay işığındaNeçə şerim mənsiz yatıb.

Ümid paslı, arzu seyrək,Külək necə olsun dirək?Bağda itən sözləriməSəhər erkən şeh düşəcək...1982

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri