Bu yağış yad yağışdır,Yağsa da indi burda,Uşaqlıqda mən onuGörməmişəm heç harda.

Şüvəlan yollarında,Rast gəlməmişəm ona,Nənəmlə çox gedərdik,Ətağanın yanına.

Görməmişəm mən onu,Zina fala baxanda,Şikəst əli kasadan,Doğru falla çıxanda.

Bəlkə ilan dovşanıYol üstündə boğanda?Uşaqlığım olmayıb,Mənim yağış yağanda...

1985

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar