Hardasa bir qapı varÜstündə gümüş açar,Bir də bir quş var, enməz,Həmişə göydə uçar.

Güllər də yaralanar,Daşlar da aralanar,Yağış var, damlalarıYerə düşəntək yanar.Buludlar da yarımçıq,Göy otlar da yarımçıq,Kişnərtisi boğulmuş,Göy atlar da yarımçıq.Barsız, sınıq buludlar,Rəngi qaçmış dodaqlar,Qapının qabağındaÇağrılmamış qonaqlar.Sevindirməz heç kəsiGümüş açarın səsi,Ölsə də yerə enməz,Göydədir ev yiyəsi...1997

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar