Hara çıxıb gedə billəmBu sürətlə, bu cürətlə?İzin ver, yalan danışım,Sıxılmışam həqiqətlə...Bütün bu aləm, bu həyatNəyin hesabı, sayıdır?Bəlkə də sonsuz səxavət,Bəlkə də yetim payıdır...Yubanır xoş xəbər yenə,Sevinc gəlməyə ərinir,Əyri yol bir yana dursun,Düz yol divara dirənir.Göydə süzən qanadlaraGözlərim bərəlib baxır,Qağayı səsiylə çıxıb,Dənizə dözümüm axır.

Bu dünyaya gələn gündənYerə-göyə olmuşam yük,Özbaşına ölüb getsəm,Vətən, canına yüngüllük...1997

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri