Hardasa məndən uzaqda
Hardasa məndən uzaqdaƏlim əlimə dəyir,Əlsiz qalan bir ömürdə,Ölüm ölümə dəyir.
Qığılcım qoparıb yerdən,Kölgələr alovlanır,Ötən günlərin oduna,Gələn günlər də yanır.
Ahım gedir aran boyu,Dağlara dəyə-dəyə,Ahımdan qalan izlər də,Başlayır közərməyə.
Taqətdən düşən günlərinƏsir dizləri tir-tir,Əlsiz ömrə öz yanındaAyrılıq yer göstərir...1985
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-semedoglu-hardasa-menden-uzaqda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yox, ondan sən deyən bir xəbərimyoxdur, yox...
Ağ ay, sönük ulduzlarAğ ay, sönük ulduzlar,yoxsul, yamaqlı gecə...
Buraxmaz, daha buraxmaz səniBuraxmaz, daha buraxmaz səniboğazına, bədəninə sarılmış budaqlar,
Suallardan birinəSuallardan birinəbir cavab verən lazımdır axı,
Başqa şairlərin şeirləri · Ölüm
Bil ki, bütün dünya sənin olacaq.
Deyin o yara, edir aşiqin səfər, gəlsinDeyin o yara, edir aşiqin səfər, gəlsin,Şikənci-əqrəb ara gizlədib qəmər, gəlsin.
Öldüm, nedeyim, derdimi bir yara deyən yoxÖldüm, nedeyim, derdimi bir yara deyən yox,Neylim ki, bu biçarəyə bir çare deyen yox.
Ah... bir sərxoş nigarın dağı öldürdü məniAh... bir sərxoş nigarın dağı öldürdü məni,Günbəgündən hüsnünün rövnaqi öldürdü məni,