Ağ ay, sönük ulduzlar
Ağ ay, sönük ulduzlar,yoxsul, yamaqlı gecə...Qaranlıq dilənirkülək səsiylə.Korluqdur, korluq...Şərab içmiş öküz gözütək,qızarıb nə isə üfüqdə.Bir adamın ürəyi getmirnəğmə səslənəndə, şeir deyiləndə.Korluqdur, korluq...Yenicə açılıb səhər,cəmi bir gün qalıb sabaha,bircə gün.Əlimizdən gələn də,yenə cəmi bircə günü, bu günüyaşamaq olacaq ancaq.Korluqdur, korluq...
1985
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-semedoglu-ag-ay-sonuk-ulduzlar
← → düymələri ilə keçid, R — təsadüfi şeir